Azərbaycanda Britaniya investorları üçün yeni sahələr təklif edilir (FOTO)

Azərbaycanda Britaniya investorları üçün yeni sahələr təklif edilir (FOTO)

Bakı. Trend:

Bakı Biznes Mərkəzində Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdan əvvəl Böyük Britaniyanın Ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhedin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın Ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhedin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

Komissiyanın iclasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, təhsil, mədəniyyət və turizm, gənclər və idman, ekologiya sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək, ölkəmizin Britaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyini vurğulayıb. Hazırda Azərbaycanda 500-dən çox Britaniya sərmayəli şirkətin fəaliyyət göstərdiyi, ölkəmizdə həyata keçirilən layihələrdə bu şirkətlərin podratçı qismində iştirak etdiyi bildirilib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 milyard ABŞ dollarından çox investisiya yatırılıb. İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes forum və investisiya sammiti təşkil edilib.

Ş.Mustafayev enerji, neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, təhsil, maliyyə, səhiyyə, mədəniyyət sahələrində ötən müddət ərzində görülən işlərlə yanaşı, əməkdaşlıq perspektivlərini də diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sahəsində də əlaqələrin genişləndirilməsində maraqlıdır. Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, birgə müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yaradıla, qida sənayesi məhsulları istehsal edilə, birgə investisiya forumu keçirilə bilər. Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib və ölkəmizdə dərman preparatlarının, tibbi avadanlığın birgə istehsalı sahəsində Böyük Britaniya ilə əməkdaşlıq perspektivləri genişdir.

Azərbaycanın ixrac potensialı olan məhsullarının Böyük Britaniyaya ixracı üçün geniş imkanlar var. İşgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün AZPROMO və Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında əməkdaşlıq gücləndirilə bilər.

Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq genişdir. Böyük Britaniyanın BP şirkəti neft-qaz sektorunda 7 layihədə, eləcə də Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrdə iştirak edir. Bu sahədə əməkdaşlıq təkliflərinə gəlincə nazir Şahin Mustafayev qeyd edib ki, neft-qaz sahəsində avadanlıqlar birgə istehsal oluna, alternativ enerji sahəsində əməkdaşlıq genişləndirilə, bu sahədə Britaniyanın təcrübə və texnologiyasından istifadə oluna bilər.

Ötən müddət ərzində hər iki ölkənin dövlət baytarlıq orqanları arasında informasiya mübadiləsinin, kənd təsərrüfatı məhsullarının ticarətinin aparıldığını qeyd edən nazir Şahin Mustafayev Britaniyanın aparıcı şirkətlərinin Azərbaycanda müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yarada biləcəyini, fitosanitar sertifikatlarının mübadiləsinin araşdırılmasını diqqətə çatdırıb. Britaniya Azərbaycanın nəqliyyat infrastrukturundan və tranzit imkanlarından istifadə edə bilər.

Maliyyə bazarları, İKT sahəsində əlaqələrin genişləndirilməsi, Birləşmiş Krallığa şamil edilən “ASAN Viza” sistemi barədə Britaniya vətəndaşlarının və turizm şirkətlərinin məlumatlandırılması, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq istiqamətlərdəndir.

Humanitar sahədə əməkdaşlığa gəlincə nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq və tələbə mübadiləsi həyata keçirilir. Hazırda 270 azərbaycanlı tələbə Böyük Britaniyada, Britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar.

Ş.Mustafayev ölkəmizdə və Böyük Britaniyada keçirilmiş bir sıra turizm və mədəniyyət tədbirlərində ölkələrimizin qarşılıqlı şəkildə iştirak etdiyini, müvafiq sahələrdə ali təhsil müəssisələri və təşkilatlar, muzeylər arasında əməkdaşlıq imkanlarını vurğulayıb.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Baronessa Rona Ferhed Azərbaycana ilk dəfə səfər etdiyini və səfərindən məmnunluğunu bildirib, ölkəmizin qısa müddət ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Baronessa Rona Ferhed Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkətləri, xüsusilə də BP ilə əməkdaşlığı yüksək qiymətləndirib. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən Baronessa Rona Ferhed Böyük Britaniyanın Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu və bunun üçün öz səylərini əsirgəlməyəcəklərini vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın Ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhed imzalayıb. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiya çərçivəsində həmçinin, Azərbaycan və Böyük Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb. Bu sənədlərin imzalanması nəticəsində Bakıda hasilat sahəsində istifadə olunan nasosların ölkə daxilində və vahid mərkəzdən təmiri və texniki baxışı təmin olunacaq, nəticədə xərclərə və vaxta qənaət ediləcəkdir.

Komissiyanın iclası çərçivəsində həmçinin, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.

Qubada ağır yol qəzası baş verib, ölənlər var
Qubada ağır yol qəzası baş verib, ölənlər var
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
Xəzər dənizində zəlzələ qeydə alınıb
Xəzər dənizində zəlzələ qeydə alınıb
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib
Fransanın səfiri Minskin tələbi ilə Belarusu tərk edib
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib
Zəfər xronikası 18 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb (VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
Almaniyada helikopter qəzaya uğrayıb
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var
Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Prezident İlham Əliyev: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO)
Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar
Prezident İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub
Prezidenti İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub (FOTO)
Prezident İlham Əliyev: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib
Prezident İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz
Prezident İlham Əliyev: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
Prezident İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı
Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı
Prezident İlham Əliyev: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
Prezident İlham Əliyev: 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar (FOTO)
Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb (FOTO)
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Bütün xəbərlər