...

Kriptovalyuta bazarında SON QİYMƏT ucuzlaşır

İqtisadiyyat Materials 23 Yanvar 2018 22:07 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.
Kriptovalyuta bazarında SON QİYMƏT ucuzlaşır

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.

Trend-in məlumatına görə, bu ucuzlaşmaya kriptovalyuta bazarının nizamlanacağı barədə xəbərlər səbəb olub.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 10,05 faiz və ya 10,54 min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 10,08 faiz (10,35 min dollaradək), GDAX-da isə 10,29 faiz (10,4 min dollaradək) ucuzlaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 9,57 faiz və ya 962,3 dollaradək, "Ripple" – 9,21 faiz (1,27 dollara qədər), "Bitcoin Cash" isə 11,56 faiz (1,58 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 510,8 milyard dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti