...

Ramin Quluzadə Xırdalanda vətəndaşlarla görüşəcək

İqtisadiyyat Materials 23 Yanvar 2018 17:45 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xırdalanda vətəndaşlarla görüşəcək
Ramin Quluzadə Xırdalanda vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 26-da saat 11:30-da Xırdalan şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Abşeron rayonunda 012 3423300

Sumqayıt şəhərində 018 6423500

Qubadlı rayonu üzrə 018 6483393

Şuşa rayonu üzrə 012 4584686

Zəngilan rayonu üzrə 012 4326166

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti