Çində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi müzakirə edilib (FOTO)

Çində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Pekində Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çindəki səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Azərbaycan tərəfi konfransda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə iştirak edib.

Konfrans iştirakçılarını salamlayan Çinin Kommersiya nazirinin müavini Van Şoven tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu bildirib, 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən elan edilmiş “Kəmər və Yol” strategiyası barədə məlumat verərək, bu təşəbbüsün siyasi dialoq, infrastrukturun əlaqələndirilməsi, ticarətin genişləndirilməsi, maliyyə-kredit təminatı və xalqların rifahının yaxşılaması kimi 5 əsas istiqamətdən ibarət olduğunu və bir çox ölkələr tərəfindən dəstəkləndiyini qeyd edib. Bildirib ki, təkcə 2017-ci ildə “Kəmər və Yol” təşəbbüsünün əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsi və qarşılıqlı investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb. V.Şoven qeyd edib ki, 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi qədim İpək Yolunun Qafqaz hissəsinə yeni həyat bəxş edib. Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan hökumətlərinin ciddi səyləri ilə bu ilin yanvarında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çin-Avropa qatarı Urumçidən Avropaya yola düşüb. Bu, “Kəmər və Yol” üzərində yerləşən ölkələrin həyatında yeni dövrdür və ticarət, investisiya əlaqələrini genişləndirir, iqtisadi inkişafı dəstəkləyir.

Ş.Mustafayev Çinin “Kəmər və Yol” təşəbbüsünün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin bu strategiyanı dəstəkləyən ilk ölkələrdən olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın məqsədi “Trans-Xəzər Tranzit Dəhlizi”ni “Kəmər və Yol” layihəsinə inteqrasiya olunmaq və bütün iştirakçı ölkələrin qarşılıqlı iqtisadi mənafeyinə uyğun səmərə əldə etmək, eləcə də regionda sülhə və sabitliyə nail olmaqdır.

“Trans-Xəzər Tranzit Dəhlizi”nin rəqabət qabiliyyəti barədə danışan Ş.Mustafayev qeyd edib ki, siyasi-iqtisadi sabitlik və təhlükəsizlik, coğrafi-iqtisadi, məsafə və vaxt baxımından əlverişlilik, layihənin regional əməkdaşlıqda önəmi, dəhliz boyunca infrastrukturun mövcudluğu, tranzit potensialının reallaşdırılması məqsədilə institusional islahatların aparılması dəhlizin başlıca üstünlükləridir. Azərbaycan İpək Yolunun ölkəmizə aid olan hissəsinin yenidən qurulmasında həmişə fəallıq göstərmiş, Şərq-Qərb istiqamətində reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponentini təmin edib. Azərbaycanda 6 beynəlxalq hava limanı və 11 min km avtomobil yolları tikilib. Ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istismara verilib. Azərbaycanın böyük yük təyyarəsi parkı və Xəzər dənizində ən iri dəniz donanması var. Nəqliyyat infrastrukturunun önəmli hissəsi Xəzər dənizində ən böyük liman olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Hazırda limanın tikintisi uğurla gedir və birinci faza may ayında yekunlaşacaq, 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaqdır. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq. Nazir qeyd edib ki, yaradılmış bu infrastruktur regiona, habelə Ələtdə regional haba çevriləcək Azad Ticarət Zonasının təsis edilməsi iqtisadi səmərə ilə yanaşı, sülhün və sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın sürətlənməsinə xidmət edir, həm bölgə, həm də qlobal miqyasda böyük əhəmiyyət kəsb edir və məhz İpək Yolu dəhlizi ilə üst-üstə düşürək “Kəmər və Yol” strategiyasına töhfə verir.

Konfransda İqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əlaqələrinə, eləcə də “Trans-Xəzər Tranzit Dəhlizi”ni əhatə edən ölkələrlə əməkdaşlıq barədə də məlumat verib. Vurğulanıb ki, Azərbaycan Çinlə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlıdır. Azərbaycan və Çin dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə inkişafı üçün möhkəm təməldir. Ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim dərinləşir, mənafelərimizə uyğun olaraq bir-birimizi qətiyyətlə dəstəkləyir, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyətimizi davam etdiririk. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri və səfər zamanı Çinin dövlət başçısı ilə görüşü, əldə olunmuş razılaşmalar əlaqələrimizdə ciddi irəliləyişlərə nail olmaq üçün əsas yaradıb.

Ş.Mustafayev bildirib ki, Trans-Xəzər Tranzit Dəhlizi”nin iştirakçısı olan ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan arasında tarixən formalaşmış qardaşlıq və dostluq münasibətləri Asiya-Avropa kəsişməsində həm qlobal, həm də regional əhəmiyyətli birgə layihələr üçün əlverişli şərait yaradır.

Türkiyənin Nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək İpək Yolunun əhəmiyyətini qeyd edərək, keçdiyi ölkələrdə iqtisadi-ticarət, sosial və mədəni inkişaf baxımından önəmini vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən Fatif Metin bu dəmir yolunun Türkiyədən keçən hissəsi barədə məlumat verərək, ölkəsinin bununla İpək Yoluna dəstək olduğunu, Çindən Avropaya yüklərin daşınmasında yaratdığı üstünlükləri diqqətə çatdırıb.

Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili çıxışlarında ölkələrin nəqliyyat infrastrukturu, regional tərəfdaşlığın gücləndirilməsi, Trans-Xəzər dəhlizinin üstünlükləri, dəhliz üzrə daşımaların artırılması imkanları barədə məlumat veriblər.

Sonra Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olunub.

Konfrans “Trans-kontinental yük daşımalarındakı üstünlüklər” və “Kəmər və Yol təşəbbüsü boyunca vahid regional tranzit və logistika infrastrukturu” mövzularında panel iclaslarla davam edib. İclaslarda Türkiyə, Qazaxıstan və Gürcüstan rəsmiləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov çıxış edərək Azərbaycanın nəqliyyat-tranzit potensialı, bu sahədə yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat veriblər.

UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Loading Bars
Xəbər lenti
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir - Agentlik sədri (VİDEO)
Bütün xəbərlər