...

Bitkoin yenə bahalaşır - 10 min dolları keçdi

İqtisadiyyat Materials 16 Fevral 2018 09:31 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin son ucuzlaşmadan sonra qiymətini artırmağa başlayıb.
Bitkoin yenə bahalaşır - 10 min dolları keçdi

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son ucuzlaşmadan sonra qiymətini artırmağa başlayıb.

Trend-in məlumatına görə, indi bitkoinin qiyməti artıq 10 min dolları keçib. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 3,3% və ya 10,058 min dollaradək bahalaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" isə 0,7% və ya 929,44 dollaradək, "Ripple" 2,5% (1,12 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 11% (1504,71 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 475,37 milyard dollar təşkil edir. Bu göstəricinin 36 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti