...

Diqqət! Bu küçədə hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

İqtisadiyyat Materials 9 Mart 2018 17:12 (UTC +04:00)
Məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.
Diqqət! Bu küçədə hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakı. Samir Əli - Trend:

Təbriz küçəsində hərəkət məhdudlaşdırılır.

Bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (9-dan 10 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti