...

Azər Türk Bank Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır

İqtisadiyyat Materials 7 May 2018 13:42 (UTC +04:00)
Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank növbəti Bakı Şopinq Festivalının tərəfdaşlarından biridir.
Azər Türk Bank Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır

Bakı. Trend:

Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank növbəti Bakı Şopinq Festivalının tərəfdaşlarından biridir.

Bankdan Trend-ə verilən məlumata görə, artıq bu il üçüncüsü keçirlən Bakı Şopinq Festivalı may ayının 1-dən 31-ə kimi davam edəcək.

Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), "ASAN Könüllüləri" Təşkilatı, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azər Türk Bankdır.

Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti