...

Bu bankın rəhbərliyində DƏYİŞİKLİK oldu

İqtisadiyyat Materials 18 May 2018 15:07 (UTC +04:00)
“Unibank” KB ASC-nin İdarə Heyətində dəyişiklik olub.
Bu bankın rəhbərliyində DƏYİŞİKLİK oldu

Bakı. Trend:

“Unibank” KB ASC-nin İdarə Heyətində dəyişiklik olub.

Trend-in məlumatına görə, İdarə Heyəti Sədrinin Pərakəndə bank xidmətləri və Marketinq üzrə müavini Taleh Tahirli ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.

Taleh Tahirli iş karyerasına 2007-ci ildə Unibank-ın marketinq şöbəsinin aparıcı mütəxəssisi olaraq başlayıb və Unibank onun üçün bir məktəb olub. Öz işgüzarlığı, bank rəhbərliyinin etimadı sayəsində İdarə Heyəti sədrinin müavini vəzifəsinədək yüksəlib.

Bank rəhbərliyi Taleh müəllimin Bankın inkişafına verdiyi böyük töhfələrə görə ona minnətdarlığını bildirir və bundan sonrakı iş həyatında uğurlar arzulayır. Taleh Tahirli Unibank-dakı fəaliyyəti dövründə özünü peşəkar bank meneceri və istedadlı iş adamı kimi göstərib.

Unibank-ın bazarda liderlərdən biri olmasında onun böyük əməyi var. Bankın səhmdarları dürüst və səmərəli işinə görə Taleh Tahirliyə minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti