...

Çin korporasiyası Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərir (FOTO)

İqtisadiyyat Materials 21 May 2018 15:01 (UTC +04:00)
Mayın 21-də SOCAR prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının (SINOSURE) icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Çin korporasiyası Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərir (FOTO)

Bakı. Trend:

Mayın 21-də SOCAR prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının (SINOSURE) icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in şirkətin saytına istinadən məlumatına görə, görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılıb. Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün SINOSURE və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanıb, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunub.

SINOSURE ixrac kreditlərinin sığortalanması sahəsində ixtisaslaşan yeganə Çin sığorta şirkətidir. O öz fəaliyyətini 2001-ci ilin dekabr ayında başlayıb. Mənzil-qərargahı Pekində yerləşir. Sinosure ölkə miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. Sinosure hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti