...

Azərbaycanla Koreya gömrük əməkdaşlığına dair saziş imzalayıb (FOTO)

İqtisadiyyat Materials 30 İyun 2018 16:11 (UTC +04:00)
Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı Koreya Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ikitərəfli görüş keçirib.
Azərbaycanla Koreya gömrük əməkdaşlığına dair saziş imzalayıb (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı Koreya Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ikitərəfli görüş keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açılıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

S.Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə gömrük işinin bütün sahələrində, xüsusilə də ticarətin asanlaşdırılması, risk analizləri, informasiya texnologiyalarının tətbiqində əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlı olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Koreya Gömrük Xidmətinin rəhbəri K.Yung-Moon Azərbaycanla əməkdaşlığa önəm verdiklərini bildirib, eləcə də ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi rolunu qeyd edib.

Görüşdə Azərbaycan və Koreya gömrük orqanları arasında əməkdaşlıqdan razılıq bildirilib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunub.

Tərəflər xüsusilə vurğulayıb ki, Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcək.

Sonra görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Sənədi S.Mehdiyev və K.Yung-Moon imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti