...

İxracatçılar Klubunun növbəti iclası keçirilib

İqtisadiyyat Materials 20 İyul 2018 16:56 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.
İxracatçılar Klubunun növbəti iclası keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə müsabiqə yolu ilə seçilmiş tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndələri iştirak edib.

İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələnməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı rol oynadığını vurğulayıb.

Bildirilib ki, “Made in Azerbaijan” brendinin təşviqi istehsalın artırılması, ixracın coğrafiyasının və həcminin genişləndirilməsində əsas rol oynayan mexanizmlərdəndir.

Tikinti sənayesinin qeyri-neft sektorunun mühüm sahələrindən olduğunu qeyd edən Yusif Abdullayev cari ilin sentyabr ayında Qazaxıstanın Almata şəhərində keçiriləcək “KazBuild 2018” tikinti materialları sərgisi barədə danışıb. Diqqətə çatdırılıb ki, bu istiqamətdə rəqabətqabiliyyətli məhsul istehsalı və ixracın genişləndirilməsi məqsədi ilə beynəlxalq sərgilərdə iştirak xüsusi ilə əhəmiyyətlidir.

Sonra İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov çıxış edərək “KazBuild 2018” sərgisi haqqında ətraflı məlumat verib. Tədbir çərçivəsində sahibkarlarla sərgidə iştiraka dair müzakirələr aparılıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti