Bakı. Trend:
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyulun 28-də saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 27) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 27-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012 404-22-00) və Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.