...

Gürcüstanla sərhəddə yerləşən avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 1 Avqust 2018 11:01 (UTC +04:00)
Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun yenidən qurulması bitmək üzrədir.
Gürcüstanla sərhəddə yerləşən avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun yenidən qurulması bitmək üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu il rayonda uzunluğu 31 km olan 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. Bu yollar üzərində uzunluğu 13.5 km olan və yaşayış məntəqələrinə qədər uzanan 9 giriş yollar da yerləşir.

Söhbət M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 44.5 km uzunluğa malik və Qax-Qıpçaq-Ağyazı marşrutu üzrə uzanan yerli əhəmiyyətli avtomobil yollarından gedir.

Qax-Qıpçaq-Ağyazı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 175 ədəd yol nişanı, 24 ədəd məlumatverici lövhə, 45 ədəd km göstəricisi, 880 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 460 paqon-metr əyrixətli dəmir tirlər quraşdırılacaq, 132 km uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək, həmçinin 14 ədəd avtobus dayanacağı inşa ediləcək.

Layihəyə uyğun olaraq Əyriçay üzərində yerləşən və uzunluğu 60 metr, eni isə 11.5 metr olan körpünün təmiri işləri də görülür.

Qeyd edək ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə 4.5 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsi arasında həm yük və sərnişin daşımasını xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaranacaq, həm bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti