...

Bitkoin bahalaşır

İqtisadiyyat Materials 4 Sentyabr 2018 23:00 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşır
Bitkoin bahalaşır

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşır.

Trend-in məlumatına görə, bitkoin 7,2 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,62% artaraq 7,276 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti isə ucuzlaşıb. Belə ki, "Ethereum" 1,53% və ya 285,54 dollaradək, "Ripple" 1,44% (0,333 dollara qədər), "Bitcoin Cash" isə 0,26% (625,86 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 236 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti