...

Dəliməmmədli stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

İqtisadiyyat Materials 13 Sentyabr 2018 12:42 (UTC +04:00)

Bakı. Trend:

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

"Azərbaycan Dəmir Yolları QSC"dən Trend-ə verilən məlumata görə, hazırda Dəliməmmədli stansiyasında 7 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 206 yoldəyişən yenisi ilə əvəz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti