...

Azəriqaz: Abonentlərin sayı 2 milyonu ötüb

İqtisadiyyat Materials 14 Sentyabr 2018 10:39 (UTC +04:00)
2018-ci ilin yanvar-avqust ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 55 689 yeni abonent qeydiyyata alınıb.
Azəriqaz: Abonentlərin sayı 2 milyonu ötüb

Bakı. Trend:

2018-ci ilin yanvar-avqust ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 55 689 yeni abonent qeydiyyata alınıb.

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yeni abonentlərin 34 002-i Bakı, Abşeron və Sumqayıt, 21 687-i isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib.

Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 149 772-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti