Bakı. Trend:
ABŞ və Yaponiya arasında ticarət münasibətlərinə dair daha bir görüş keçiriləcək.
Trend-in məlumatına görə, Yaponiyanın iqtisadiyyatın bərpası üzrə naziri Tosimitsu Moteqi və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laytxazer arasında müzakirələr sentyabrın 24-də Nyu-Yorkda baş tutacaq.
Görüş barədə yaponiyalı nazir Tokioda mətbuat konfransında məlumat verib.
Nazir deyib: "Biz hər iki ölkə üçün faydalı ola biləcək nəticələrə nail olmaq üçün səylərimizi davam etdirmək niyyətindəyik".