Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:51-də yayılıb)
Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Moskva, Yekaterinburq, Həştərxan və Sankt-Peterburqda ticarət, şərab və çay evləri açmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında deyib.
O qeyd edib ki, ticarət evlərinin açılışı Rusiya ilə qarşılıqlı əmtəə dövriyyəsinin şaxələndirilməsi üçün kompleks tədbirlərdən biridir. Digər tədbirlər arasında nazir Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Rusiya İxrac Mərkəzinin Bakıda nümayəndəliyinin açılışını, qarşılıqlı ticarət missiyalarının icrası və müxtəlif sərgilərdə iştirakı misal çəkib.
Ş.Mustafayev bildirib ki, ümumilikdə Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyət kifayət qədər genişdir:
"Sənaye, energetika, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları və bir çox istiqamətlərdə böyük pesrpektivlər var".