...

Zəfəran ixracı 40% artıb

İqtisadiyyat Materials 12 Noyabr 2018 11:15 (UTC +04:00)
Bu il İrandan 105 ton zəfəran ixrac edilib.
Zəfəran ixracı 40% artıb

Bakı. Elnur Bağışov - Trend:

Bu il İrandan 105 ton zəfəran ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə 40% artım olub.

Trend-in məlumatına görə, bunu İranın Milli Zəfəran Şurasının sədr əvəzi Qulamrza Miri deyib.

Onun sözlərinə görə, yeraltı məhsul olduğuna görə, zəfəran yığımı dekabr ayının əvvəllərinə qədər davam edəcək.

Gömrük İdarəsinin 6 aylıq statistikasına əsasən,145 milyon dollar dəyərində 105 ton zəfəran məqsəd bazarlara ixrac edilib.

Valyuta bazarındakı qeyri-stabilliyi nəzərə alaraq ilin sonuna kimi ixracatın 50-60% artacağı proqnozlaşdırılır.

Hər kiloqram zəfəranın qiyməti təxminən 60 milyon -120 milyon rialdır (təxminən 1430-2860 dollar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti