...

Adambaşına 725,3 manatlıq ödənişli xidmətlərdən istifadə olunub

İqtisadiyyat Materials 1 Dekabr 2018 10:08 (UTC +04:00)
2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq 7 milyard 117,0 milyon manat olub.
Adambaşına 725,3 manatlıq ödənişli xidmətlərdən istifadə olunub

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq 7 milyard 117,0 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 203,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,1 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 725,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti