...

Avropa Yenidənqurma və İnkişaf Bankı KOBİA ilə əməkdaşlıq edəcək

İqtisadiyyat Materials 19 Dekabr 2018 15:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Böyük Britaniyada səfərdə olub.
Avropa Yenidənqurma və İnkişaf Bankı KOBİA ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Böyük Britaniyada səfərdə olub.

KOBİA-dan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mərkəzi ofisində Bankın funksional bölmələrinin rəhbərləri ilə bir sıra görüşlər keçirib.

AYİB-in Kiçik və Orta Biznesin İnkişaf və Maliyyə Proqramının rəhbəri Nadya Petkova ilə təşkil olunmuş görüşdə Agentliyin fəaliyyəti və gördüyü işlər barədə məlumat verilib, Bank və KOBİA arasında əməkdaşlıq, Azərbaycanda startapların, eləcə də kiçik və orta biznesin qabaqcıl beynəlxalq təcrübə əsasında dəstəklənməsi və maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş proqramların həyata keçirilməsi məsələləri müzakirə edilib.

AYİB-in Layihələrin Hazırlanması Fondu və Hüquqi Transformasiya Proqramının səlahiyyətli nümayəndələri Metyu Cordan və Mişel Nussbaumer ilə keçirilmiş görüşlərdə isə Bankın Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün həyata keçirdiyi layihələrə, AYİB-in müvafiq sahədə gələcək dövr üçün hazırlanmış yeni əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində potensial əməkdaşlıq imkanlarının araşdırılması, KOBİA-nın AYİB-in qlobal KOB şəbəkəsinə inteqrasiyası, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində layihələrin hazırlanması, KOB-ların inkişafı məqsədilə Bankın texniki dəstək mexanizmlərinin tətbiqi kimi əməkdaşlıq sahələri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti