...

Əqli Mülkiyyət Agentliyi Moskvada Avrasiya Patent Təşkilatının toplantısında təmsil olunub (FOTO)

İqtisadiyyat Materials 20 Dekabr 2018 10:50 (UTC +04:00)
10-11 dekabr 2018-ci il tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib.
Əqli Mülkiyyət Agentliyi Moskvada Avrasiya Patent Təşkilatının toplantısında təmsil olunub (FOTO)

Bakı. Trend:

10-11 dekabr 2018-ci il tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib. APT-nin İnzibati Şurasının tapşırığı ilə keçirilən toplantıya Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistannın nümayəndələri qatılıb. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Emil Məmmədov da iclasda iştirak edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, toplantıda APT çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddətinin azaldılması məsələsi və bir sıra digər dəyişikliklər müzakirə edilib və razılaşdırılıb. İşçü qrupunun qərarı ilə dəyişikliklərlə birlikdə razılaşdırılmış sənaye nümunələrinin qorunmasına dair protokol dövlətdaxili prosudarların aparılması üçün APT üzv-ölkələrinə göndərilməsi tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti