...

Unibank daha bir mükafat aldı

İqtisadiyyat Materials 30 Yanvar 2019 13:47 (UTC +04:00)
Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsinin qalibi seçilib.
Unibank daha bir mükafat aldı

Bakı. Trend:

Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsinin qalibi seçilib. Dövlət və özəl qurumların nümayəndələrindən ibarət müsabiqə komissiyasının qərarı ilə bank “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi olub.

Xatırladaq ki, Unibank-ı 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. 2020-ci ilin yayınadək bank komandanın yerli və xarici səfərlərini, təlim-məşq toplantılarını maliyyələşdirəcək. Bu layihəyə dəstək verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına dəstək göstərməkdir.

Paralimpiyaçılar layihənin əhəmiyyətini belə ifadə edirlər:

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov: “Unibank-ın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək”.

Milli Paralimpiya Komitəsinin Baş katibi Kamal Məmmədov: “Unibank-ın bu qərarı komandamız üçün çox böyük dəstəkdir. İndiyədək hansısa şirkət tərəfindən komandamıza belə uzunmüddətli və büdcəli dəstək olmamışdı. Komanda üzvləri Unibank-ın dəstəyindən sonra daha həvəslə və qalibiyyət hissi ilə yarışlara hazırlaşırlar”.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: “Unibank-ın bu qərarı bütün komanda üzvlərini çox sevindirdi və onlarda böyük ruh yüksəkliyi yaratdı. Bu dəstək komandamızın qələbə əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq”.

Unibank bundan sonra da Korporativ Sosial Məsuliyyət sahəsində yeni-yeni layihələrə imza atmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsinin təşkilatçıları Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyidir. Müsabiqə komissiyasına çoxsaylı dövlət qurumlarının nümayəndələri daxildir.

Unibank - hər kəsin bankı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti