...

Zəlzələnin sürüşmə sahələrinə təsiri öyrəniləcək

İqtisadiyyat Materials 6 Fevral 2019 10:24 (UTC +04:00)
Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrəniləcək.
Zəlzələnin sürüşmə sahələrinə təsiri öyrəniləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrəniləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədilə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.

Monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrupun üzvləri sözügedən rayonlara ezam olunub.

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti