...

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik!

İqtisadiyyat Materials 7 Fevral 2019 14:46 (UTC +04:00)
Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az avtomobil sahiblərini sevindirəcək yeniliyini təqdim edir.
Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik!

Bakı. Trend:

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az avtomobil sahiblərini sevindirəcək yeniliyini təqdim edir. Artıq icbari avtomobil sığortanızı Hesab.az vasitəsiylə rahat şəkildə ala biləcəksiniz. Beləliklə də həm vaxtınıza qənaət etmiş olacaqsınız həm də, yarana biləcək fövqəladə hallardan öncədən sığortalana biləcəksiniz. Lazım olan məlumatlarınızı Hesab.az-ın həm veb, həm də mobil tətbiqində “İcbari Avto Sığorta” bölməsinə daxil etməklə bir neçə dəqiqəyə icbari avtomobil sığortanızı əldə etmiş olacaqsınız.

Hesab.az müxtəlif növ ödənişləri özündə cəmləməklə mümkün qədər daha çox istifadəçi kütləsinə xidmət göstərməyə çalışır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti