...

"Rabitəbank" daha bir filialını yenilədi! (FOTO)

İqtisadiyyat Materials 18 Fevral 2019 11:28 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin ən qabaqcıl banklarından biri olan "Rabitəbank", daha bir filialının ünvanını dəyişərək müştərilər üçün xidmət səviyyəsini artırdı.

Belə ki, Səttarxan küçəsi, 27 ünvanında yerləşən Rabitəbank-ın yeni Lənkəran filialı, rahat və standartlara uyğun olan geniş məkanla, həftəiçi 9.00-17.00-a dək müştərilərin xidmətindədir.

Qeyd edək ki, Lənkəran filialı 2003-ci ildən etibarən fəaliyyət göstərir və 3-cü dəfə xidmət səviyyəsini artırmaq məqsədi ilə ünvanını dəyişib.

Ölkənin ən iri banklarından biri olan "Rabitəbank", 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti