...

Astara çayı üzərində avtomobil körpüsü və piyada keçidinin tikintisi müzakirə olunur

İqtisadiyyat Materials 15 Mart 2019 14:01 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş müzakirə mərhələsindədir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, hazırda Astara-Astara sərhəd-keçid məntəqəsinin ərazisində, Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş hazırda müzakirə mərhələsindədir.

Ş.Mustafayev İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsindən də danışıb: "Düşünürəm ki, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə tədbirlər həyata keçirə və üçtərəfli enerji əməkdaşlığını genişləndirə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti