...

Deputat: Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan daha da güclənib

İqtisadiyyat Materials 15 Mart 2019 16:29 (UTC +04:00)
Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb.
Deputat: Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan daha da güclənib

Bakı. Elçin Mehdiyev - Trend:

Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib.

Trend-in məlumatına görə, bunu deputat Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir. M.Qasımlı ötən il dəmir yolu sisteminin inkişafında görülən işlərə də diqqət çəkib:

“Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı, sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.

Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsinə toxunan M.Qasımlı bildirib ki, təhsilin keyfiyyətinə fikir vermək lazımdır: “Bundan başqa elmi şuraların həmsədrlərində dəyişiklik edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu Azərbaycan elminə ayıbdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti