...

Bakıda Dövlət-Biznes Dialoqu Platformasının təqdimatı keçirilir (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 5 Aprel 2019 10:44 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans keçirib.
Bakıda Dövlət-Biznes Dialoqu Platformasının təqdimatı keçirilir (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans keçirib.

Konfrans zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, habelə vergi və gömrük sahəsində aparılan islahatlara dair təqdimatlar olub.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Beynəlxalq Maliyyə Korporasiyası ölkə üzə nümayəndəliyin rəhbəri Aliyə Əzimova, Vergilər nazirinin müavini İlkin Vəliyev, Energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “PWC Azerbaijan” şirkətinin idarəedici partnyoru Mövlan Paşayev, AMCHAM-ın prezidenti Nuran Kərimov və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Naveed Naqvi çıxışlar ediblər.

Trend-in məlumatına görə, mərkəzin icraçı direktoru Vüsal Qasımlı portal barədə məlumat verib: "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azranking.az Portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. Bundan başqa, Azranking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və eyni zamanda, reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur.

Portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də, kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Azərbaycan və İngilis dillərində fəaliyyət göstərən Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb".

Təqdimat zamanı Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə ölkədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb.

Onun sözlərinə görə, Komissiyanın məqsədi Azərbaycanın biznes mühitini və beynəlxalq reytinqlərdə mövqelərini yaxşılaşdırmaqdan ibarətdir.

V.Şıxəliyev bildirib ki, Komissiya 4 əsas platformadan – informasiya paneli, dövlətlə biznes arasında dialoq platforması, bençmarkinq sistemi, sonuncusu isə idarəetmə və əlaqələndirmə sistemindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti