...

Bakıda 4-cü SOCAR Beynəlxalq Forumu keçiriləcək

İqtisadiyyat Materials 11 Aprel 2019 14:12 (UTC +04:00)
Bakıda 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya:Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu keçiriləcək.
Bakıda 4-cü SOCAR Beynəlxalq Forumu keçiriləcək

Bakı. Trend:

2019-cu ilin 22-25 aprel tarixlərində Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya:Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu keçiriləcək.

Trend-in məlumatına görə, Forum SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının 200-dən artıq rəhbər işçiləri və aparıcı mütəxəssisləri, o cümlədən dünyanın 20 ölkəsindən 100-ə qədər nümayəndənin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti