...

Bu il Bakı metrosu 6 yeni qatar alacaq

İqtisadiyyat Materials 13 Aprel 2019 12:36 (UTC +04:00)
Bu il "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 6 yeni qatar tərkibi - 30 vaqon alacaq
Bu il Bakı metrosu 6 yeni qatar alacaq

Bakı. Samir Əli - Trend:

Bu il "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 6 yeni qatar tərkibi, yəni 30 vaqon alacaq.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı Rusiyanın "Metrovaqonmaş" zavodu ilə müqavilə imzalanıb:

"Qatarlar iyun ayından başlayaraq Azərbaycana gətiriləcək və "Bakı Metropoliteni"nin istifadəsinə veriləcək. Yeni qatarlar müasir standartlara cavab verən vaqonlardan ibarətdir. Vaqonlar müasir tipli kondisionerlərlə təchiz edilib. 6 qatar bu ilin sonuna qədər Bakıya gətiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti