...

Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur (FOTO)

İqtisadiyyat Materials 7 May 2019 14:51 (UTC +04:00)
Nərimanov stansiyasından Sabuncu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub.
Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci lin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən işlər davam edir. Hazırda bir sıra istiqamətdə işlər aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, İnfrastruktur Departamentinin "Əsaslı Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.

Nərimanov stansiyasından Sabuncu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub.

Sabuncu stansiyasinda 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulmuş və 8 ədəd rigel quraşdırılıb, kontakt şəbəkəsi çəkilib və nizamlanıb.

Təmir işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti