...

Tehran-Ankara qatarı tezliklə işə başlayacaq

İqtisadiyyat Materials 26 May 2019 22:15 (UTC +04:00)
Tehran-Ankara qatarı yenidən işə başlayacaq
Tehran-Ankara qatarı tezliklə işə başlayacaq

Bakı. Elnur Bağışov - Trend:

Tehran-Ankara qatarı yenidən işə başlayacaq.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli İRNA-ya açıqlamasında deyib.

S.Rəsulinin sözlərinə görə, bu qatarın yenidən işə başlaması üçün müzakirələr aparılıb və tezliklə Tehran-Təbriz-Van-Ankara istiqamətində işə başlayacaq.

İran, Türkiyə və MDB ölkələri arasında vaqonların mübadiləsi ilə bağlı anlaşmaya münasibət bildirən Rəsuli əlavə edib ki, bu anlaşmanın imzalanması daşınmanın artması ilə nəticələnəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti