...

2019-cu ilin may ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 27 İyun 2019 15:00 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,654.4 mln. manat, cəmi öhdəlikləri isə 25,161.6 mln. manat təşkil edib.
2019-cu ilin may ayı üzrə bank sektorunun icmal 
göstəriciləri açıqlanıb

Bakı. Trend:

31 may 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,654.4 mln. manat, cəmi öhdəlikləri isə 25,161.6 mln. manat təşkil edib.

Trend-in məlumatına görə, sektorun balans kapitalı 4,492.8 mln. manat olub.

Aktivlər

May ayına sektorun aktivlərinin 43.4%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (186.6 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,861.4 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 2.1% (170.4 mln. manat) artaraq 8,264.3 mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin may ayında fiziki şəxslərin əmanətləri 8,527.6 mln. manat təşkil edib. May ayında milli valyutada olan əmanətlər 1.3% (47.7 mln. manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0.3% (29.1 mln. manat) artaraq 10,205.5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18.5% (319.0 mln. manat) artaraq 2,046.7 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 3.3% (128.0 mln. manat) artaraq 3,971.0 mln. manata çatıb. Xarici valyutada olan müddətli depozitlər 22.1% (331.8 mln. manat) artaraq 1,836.5 mln. manata çatıb.

Balans kapitalı

Sektorun balans kapitalı may ayı ərzində 1.7% (73.1 mln. manat) artaraq 4,492.8 mln. manata çatıb.

Mənfəət və zərər

May ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti isə 325.8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,568 olub. Bank sektorunun işçi heyətinin sayında artım may ayında da davam edib. Belə ki, 2019-cu ilin may ayında işçi sayı 1.2% (209 nəfər) artaraq 18,191 nəfər təşkil edib.

31 may 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti