...

Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci yerdə qərarlaşıb

İqtisadiyyat Materials 4 İyul 2019 07:45 (UTC +04:00)
Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci, idxal həcminə görə 6-cı yerdə qərarlaşıb
Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci yerdə qərarlaşıb

Bakı. Trend:

Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci, idxal həcminə görə 6-cı yerdə qərarlaşıb.

Trend-in məlumatına görə, 2019-cu ilin birinci rübündə Azərbaycan 4,5 milyard dollar məbləğində məhsul ixrac edib. İdxal məbləği isə 3,1 milyard dollara bərabər olub.

Azərbaycandan başqa yalnız iki ölkədə ticarət saldosu müsbət olub. Rusiya 104,4 milyard dollar məbləğində ixrac, 56 milyard dollar dəyərində idxal edib. Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 13,3 milyard dollar və 7 milyard dollar təşkil edib.

Bundan başqa Belarus, Özbəkistan və Ukraynanın da adları idxal həcminə görə ön sıralarda yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti