...

Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO)

İqtisadiyyat Materials 28 Avqust 2019 18:19 (UTC +04:00)
Dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.
Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişində) eyni səviyyəli dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər.

Bildirilib ki, bununla əlaqədar olaraq, avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb:

"Hazırda kommunikasiya qurğularının (telefon, qaz, su, kanalizasiya) köçürülməsi və svayların vurulması işləri aparılır. İstinad divarları hazır olan kimi tunelin qazılması prosesi həyata keçiriləcək.

Bu tunelin tikintisi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Bilirsiniz ki, bu dəmir yolu keçidindən çoxsaylı marşrut xətləri keçirdi. Günün pik saatlarında, qatarların hərəkəti zamanı, avtomobillər xeyli müddət yolun açılmasını gözləməli olurdular. Tunel istifadəyə veriləndən sonra bu problem də aradan qalxacaq".

Qeyd edək ki, yeraltı tunelin uzunluğu 262 metr, eni isə 15 metr olacaq. Tuneldə avtomobillərin hərəkəti üçün 3 yol ayrılacaq. 2-si Bakıxanovdan Sabunçu istiqamətinə, 1-i isə Sabunçudan Bakıxanov istiqamətinə gedəcək.

İşlər sürətlə davam edir. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında vətəndaşlarımıza məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti