Bakı. Trend:
Azərbaycanın aparıcı FTTH telekommunikasiya xidmətləri təminatçısı olan “ENGINET” şirkətinin “BİRLink” brendi altında təqdim etdiyi xidmətlər nəinki keyfiyyətinə, həm də istifadə rahatlığı və səmərəliliyinə görə də abunəçilərin rəğbətini qazana bilib.
Ölkədə “Fiber To The Home – Mənzilədək Fiberoptik Qoşulma” texnologiyasına əsaslanan genişzolaqlı İnternet və telekommunikasiya xidmətlərinin ilk dəfə olaraq kütləvi tətbiqini həyata keçirmiş şirkət abunəçilərinə bu innovativ qoşulma üsulunun təmin etdiyi üstünlüklərdən yararlanmağa şərait yaradır və beləliklə abunəçilərinə daha keyfiyyətli, etibarlı və dayanıqlı İKT həllərini təqdim etməyə müvəffəq olur.
“BİRLink”in xidmət fəlsəfəsinin kökündə məhz abunəçilərin maksimum dərəcədə faydalanması və rahatlığı durduğundan, təqdim olunan xidmətlərə dair “BİRLink” abunəçilərinin rəyləri olduqca önəmlidir. “BİRLink”in öz abunəçiləri arasında keçirdiyi sorğunun nəticələri deməyə əsas verir ki, abunəçilərin əksəriyyəti FTTH texnologiyası və onun verdiyi üstünlüklər barədə məlumatlıdır. Rəyi soruşulan bəzi abunəçilər isə “BİRLink”in xidmətlərindən istifadənin onların həyatına hansı rahatlığı gətirdiyi ilə bağlı fikirlərini bu cür ifadə ediblər:
“BİRLink-in optik İnternet xidməti nəinki sürətinə görə, eləcə də övladımın tərbiyəsinə verdiyi töhfəyə görə məni qane edir”
Fərdi “BİRLink” abunəçisi Səid Qasımov “BİRLink” optik İnternet xidməti ilə birgə təqdim olunan veb-filtrasiya xidmətindən olduqca razıdır. “BİRlink”in təqdim etdiyi uşaqlar üçün təhlükəsiz İnternet – veb-filtrasiya xidməti mənə övladımın tərbiyəsində kömək olur, belə ki övladım İnternetdə zaman keçirərkən mən “BİRLink”in sayəsində onun hər hansı təhlükəli və onun yaşına uyğun olmayan onlayn məzmunlardan maksimum dərəcədə müdafiə olunduğundan əminəm”, deyə Səid Qasımov qeyd edir.
“Qoşulma və montaj zamanı mənzilimin təmirinə heç bir ziyan gəlmədi”
Digər abunəçi, Ceyhun Quliyev isə “BİRLink” xidmətlərinə qoşulma prosesinin gedişatından məmnunluğunu ifadə edir: “BİRLink” əməkdaşları mənzilimdə qoşulma işlərini yüksək keyfiyyətlə və qısa zaman ərzində icra etdilər. Görülən işin səliqəli olmasını isə xüsusilə vurğulamaq istərdim – mənzilimin giriş hissəsində montaj işlərinin aparılması zamanı təmirə cüzi də olsa hər hansı ziyanın gəlməməsi məni olduqca sevindirdi.”
“BİRLink”lə iş yerimizi daimi videomüşahidə ilə nəzarətdə saxlaya bilirik”
“BİRLink”in Statik IP xidməti gündəlik işimizdə bizə çox kömək edir. Bu xidmətə qoşulmaqla biz ofisimizdə videomüşahidə sistemi qurmuşuq və bununla da ofisdə baş verən proseslərə məsafədən nəzarət edə bilirik.” – deyə daha bir “BİRLink” istifadəçisi, korporativ abunəçi Lamiyə İsmayılzadə vurğulayır.
Hər bir texnologiyanın dəyəri nəticə etibarilə son istifadəçiyə təqdim olunan keyfiyyət, rahatlıq və əlverişli istifadə şərtləri ilə ölçülür. Göründüyü kimi, “BİRLink” xidmətlərinin həm keyfiyyətli, həm də istifadədə rahat olması da tətbiq edilən FTTH texnologiyasının bariz üstünlüklərindəndir. Bazarda daim öz yenilikləri ilə seçilən “ENGINET” şirkəti bundan sonra da innovativ texnologiyaların tətbiqi və ən əsası müştəriyönümlü xidmətlərinin keyfiyyətini artırmaqla “BİRLink” abunəçilərini sevindirməyə davam edəcək.
“ENGINET” şirkəti haqqında:
2009-cu ildən etibarən fəaliyyət göstərən “ENGINET” şirkəti Azərbaycan internet xidmətləri bazarında aparıcı oyunçulardan biridir. Şirkət ilk dəfə olaraq ölkədə FTTH (Fiber To The Home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsi konsepsiyasını təmin edən internetin filtrasiyası xidmətinin tətbiqi də məhz “ENGINET” şirkətinin adı ilə bağlıdır. Əlavə məlumat üçün: www.enginet.az
“BİRLink” brendi haqqında:
“ENGINET” şirkətinin ticarət markası olan “BİRLink” – FTTH texnologiyasına əsaslanan optik internet, IP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda “BİRLink” brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan internet filtrasiya, IP telefoniya, statik IP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir. Əlavə məlumat üçün: www.birlink.az