...

Azərbaycanın Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 30 faiz artıb

İqtisadiyyat Materials 10 Oktyabr 2019 11:08 (UTC +04:00)
Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir.
Azərbaycanın Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 30 faiz artıb

Bakı. Kəmalə Məmmədli - Trend:

Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir.

Trend-in məlumatına görə, bu sözləri oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavininin sözlərinə görə, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi ötən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti