...

Böyük İpək Yolunun tarixini araşdırmaq üçün elmi mərkəz yaradılacaq

İqtisadiyyat Materials 15 Oktyabr 2019 17:40 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Böyük İpək Yolunun tarixini, mədəniyyətini araşdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində elmi mərkəzin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

A.Əlizadə tarixi Çin mənbələrində qədim türk xalqlarına dair mühüm materialların hər iki ölkənin alimləri tərəfindən araşdırılaraq beynəlxalq arenada daha geniş təbliğinə ehtiyac olduğunu vurğulayıb.

AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında 2016-cı ildə əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan akademik sözügedən sənəddən irəli gələrək birgə tədqiqatları genişləndirməyin vacibliyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin tarixi İpək Yolunun bərpasında aktiv iştirak etdiyini deyən AMEA prezidenti tezliklə alimlərimizin bu məsələyə öz əməli töhfəsini verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti