...

Hansı şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq? - SİYAHI

İqtisadiyyat Materials 18 Oktyabr 2019 18:15 (UTC +04:00)
2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək.
Hansı şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq? - SİYAHI

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək.

Trend-in məlumatına görə, bu haqda gələn ilin dövlət və icmal büdcələrinin layihələrində bəhs edilir.

Sənədə əsasən, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonları dövlət büdcəsindən dotasiya almayacaq.

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti