...

Gəncə və 5 rayonda qaz kəsiləcək

İqtisadiyyat Materials 25 Oktyabr 2019 11:01 (UTC +04:00)
Səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.
Gəncə və 5 rayonda qaz kəsiləcək

Bakı. Samir Əli - Trend:

Oktyabrın 25-də istehlakçılara təbii qazın stabil rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunacaq.

Bu barədə Trend "Azəriqaz" İstehsalat Birliyinə xəbər verir.

Bu zaman səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti