PAŞA Bank: Müştəri hesablarının 85-87 faizi onlayn şəkildə açılır

PAŞA Bank: Müştəri hesablarının 85-87 faizi onlayn şəkildə açılır

Bakı. Trend:

Trend "PAŞA Bank"ın Rəqəmsal məhsullar üzrə rəhbəri Səbina Qurbanovanın müsahibəsini təqdim edir.

- Son zamanlar beynəlxalq maliyyə ictimaiyyətinin diqqətinin rəqəmsal bankçılığın inkişafına yönəldiyini müşahidə edirik. Xahiş edirik, regionumuzda və bilavasitə Azərbaycanda innovativ texnologiyaların tətbiqinə əsaslanan bank xidmətlərinin inkişaf perspektivlərini oxucularımızla paylaşasınız.

- Doğru qeyd edirsiniz, həm qlobal bazarda, həm də bizim regionda innovativ həllər diqqət mərkəzindədir. Ümumi olaraq fərdi müştərilər, kiçik və orta sahibkarlar üçün həllər çox aktualdır və trend olaraq görürük ki, banklar və fintek təşkilatları müştərilər üçün istifadəsi rahat, sürətli və mobil həllərin tətbiqi ilə məşğul olurlar. Bizim regionda da diqqət əsasən fiziki şəxslər, biznes sahibləri üçün nəzərdə tutulan həllərə verilir. Korporativ müştərilər üçün də rəqəmsal həllərdən istifadə imkanının olması çox vacibdir, lakin onlar üçün təmas nöqtələrində (touch points) insan faktorunun olması hələ də önəmlidir və korporativ müştərilərə individual yanaşma aktual olaraq qalır.

- Bildiyimiz kimi, PAŞA Bank 2018-ci ildə Azərbaycan bankları arasında rəqəmsal məhsul və xidmətlərin hazırlanması üzrə xüsusi bölmənin – Rəqəmsal Laboratoriyanın açılışı barədə elan edən ilk bank oldu. Yeni bölmənin qarşısında hansı məqsəd və vəzifələr durur?

- Ötən ilin ilk aylarında PAŞA Bankın Rəqəmsal Laboratoriyası fəaliyyətə başladı, həmin ərəfədə xarici məsləhətçilər da bu layihəyə cəlb edilmişdir. Əsas qarşımıza qoyduğumuz məqsəd isə sonrakı müddətdə bu işə yerli mütəxəssisləri cəlb etmək idi. Əslində ilk vaxtlar inanmaq çətin idi ki, yerli bazarda müştərilərin ehtiyaclarına cavab verən həllər yaradan bu qədər sayda peşəkarlardan ibarət rəqəmsal məhsul komandaları qura biləcəyik. Lakin biz buna nail olduq və hazırda bizim yalnız yerli kadrlardan ibarət çox uğurlu və bacarıqlı peşəkarlar komandamız var. 2018-2020-ci illəri əhatə edən inkişaf strategiyamızda ümumi məqsəd müştəri əməliyyatlarının 90%-dən çoxunu onlayn və özünəxidmət kanallarına keçirməkdir. Burada söhbət yalnız pul köçürmələrindən deyil, eləcə də müştərinin bank vasitəsilə həyata keçirdiyi digər çeşidli maliyyə xidmətlərindən (məs: hesab açmaq, kart sifarişi, kredit verilməsi və s.) gedir. İlk olaraq əsas hədəfimiz hüquqi şəxslər və fərdi sahibkarların çeşidli maliyyə xidmətlərinə daha çevik və sadə üsulla çıxışını təmin etməyə yönəlib. Hazırda onların əməliyyatlarının 83%-i onlayn və özünəxidmət kanalları vasitəsilə həyata keçirilir, lakin yalnız pul köçürmələri üzrə əməliyyatlara nəzər salsaq, bu əməliyyatların 95-97%-i onlayn aparılır.

Hazırda bizim bazara təqdim etdiyimiz həllərdə vacib olan amil odur ki, bu həllərin yaranmasında müştərilərimiz aktiv olaraq iştirak edirlər, öz rəy və təkliflərini bizimlə bölüşürlər.

- PAŞA Bank hal-hazırda məsafədən xidmət kanalları vasitəsilə hansı məhsul və xidmətləri təklif edir?

- İlk olaraq qeyd edim ki, biz keçən ilin sonu hüquqi şəxs və fərdi sahibkarlar üçün tam yeni Onlayn Bank xidmətini istifadəyə vermişik və bu platformanın imkanlarını daima genişləndiririk və inkişaf etdiririk. Məqsədimiz müştərilərə yüksək səviyyəli bank və maliyyə xidmətləri təcrübəsini yaşatmaqdır.

İlin əvvəlində biz "Elektron hökumət" və B.EST Solutions-la əməkdaşlıq çərçivəsində hüquqi şəxs və fərdi sahibkarlar üçün banka gəlmədən müştəri olmaq və onlayn hesab açmaq imkanını təqdim etdik. Bu vasitə ilə müştərilərin hazırda açdığı hesabların 85-87%-i onlayn şəkildə həyata keçirilir.

Bundan əlavə əməkhaqqı kartlarının onlayn sifarişi mümkündür. Əgər müştərimiz öz əməkdaşlarına əməkhaqqı kartı sifariş edirsə o, bu əməliyyatı banka gəlmədən edir. Açılan əməkhaqqı kartlarının 60%-dən çoxu onlayn açılır və bu proses bir neçə dəqiqə ərzində həyata keçirilir.

Bundan başqa kredit ödənişləri və POS-terminal sifarişini də müştərilər artıq Onlayn Bank sistemindən həll edirlər. Qeyd edim ki, POS-terminal sifarişi bir neçə gündür ki, istifadəyə verilib və artıq artan sifarişlərin şahidi oluruq.

- Bütün bank xidmətlərinin əsasını təşkil edən onlayn hesab açmaq imkanı xüsusilə vurğulanmalıdır. Bankın filiallarına gəlməsinə artıq ehtiyacı olmayan yeni müştərilər üçün vaxta qənaətlə bağlı hansı proqnozlarınız var?

- Gəlin ilk öncə əvvəlki vaxtlarda göstərilən xidmətlərə nəzər salaq. Müştəri banka gəlirdi, yola vaxt sərf edirdi, bəzi hallarda avtomobil dayanacağı ilə bağlı problemlər yaşayırdı və bu kimi başqa çətinliklərlə üzləşirdi. Ancaq indi həmin məsələlər aradan qaldırılıb və sahibkar öz işinin başında, ofisində ya da ailəsinin yanında hesab aça bilər.

- PAŞA Bank müştərilər üçün “rəqəmsal” xidmətlərə keçid istiqamətində hansı tədbirləri görür? Yeni məhsul və xidmətlərin hazırlanması zamanı cari və potensial müştərilərinizlə nə dərəcədə sıx ünsiyyətdə olursunuz?

- Biz hər hansı bir rəqəmsal məhsulu yaratmağa başlamazdan əvvəl müştərilərlə görüşürük və onların ehtiyaclarını öyrənirik. Yeni həllin onların qarşılaşdıqları çətinlikləri həll edəcəyinə, onların işinə dəyər qatacağına əmin olduqdan sonra məhsulun yaradılmasına başlayırıq. Qeyd etməliyəm ki, bu görüşlərdə və fokus qruplarımızda müştərilər çox aktiv iştirak edirlər və öz rəylərini verirlər. Əlbəttə, bu, çox sevindirici haldır və biz onlara artıq müştəri kimi yox, biznes partnyorumuz kimi yanaşırıq.

Qeyd edim ki, hər hansı bir məhsulun yeni funksiyası işlək vəziyyətə gəldikdə biz müştərilərlə məhsul nümayişi görüşləri keçiririk və hazır həlli təqdim edərək onların fikirlərini öyrənirik.

- Söhbətimizə yekun vuraraq öyrənmək istərdik ki, tamamilə “rəqəmsal” xidmətlərə keçən və PAŞA Bankın təklif etdiyi rəqəmsal məhsul və xidmətlərdən fəal şəkildə istifadə edən müştərilər hansı rəqabət üstünlükləri əldə edirlər?

- Tam rəqəmsal həllərdən yararlanan müştərilər qeyd etdiyim kimi öz vaxtlarını çox səmərəli istifadə edə bilirlər. Belə ki, bugünkü dinamik həyatımızda hər bir saniyə çox vacibdir və insanlar istəyirlər ki, ehtiyaclarına uyğun, keyfiyyətli məhsulları əlavə vaxt sərf etmədən, rahatlıqla əldə etsinlər. Biz də bu gün müştərilərimizin bu ehtiyaclarını təmin edərək onların məmnuniyyətinə nail olmağı əsas hədəfimiz hesab edirik. Onu da qeyd edim ki, istifadəyə verdiyimiz rəqəmsal həllər üzrə ortalama məmnunluq səviyyəsi müştərilərimiz tərəfindən 10 ballıq sistemlə 9 baldan yuxarı qiymətləndirilib və bu nəticə bizim düzgün istiqamətdə irəliləməyimizin bir göstəricisidir.

- Təşəkkür edirəm!

ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Loading Bars
Xəbər lenti
Evində narkotik və odlu silah gizlədən şəxs saxlanılıb
Tovuzda yanmış ticarət mərkəzinin ərazisindən meyit tapılıb
Norveçin baş naziri NATO-nun genişlənməsini qeyri-aktual sayıb
Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb
ABŞ-da qurbağanın itirilmiş ayağını regenerasiyasını stimullaşdıran preparat yaradılıb
Apple iPhone-larda SİM kart yuvasından imtina etmək niyyətindədir
"S-400"-lərin tədarük ilə bağlı proses davam edir - Türkiyə prezidenti
ABŞ-da kimyəvi zavodda partlayış baş verib
Türkiyənin İrana qaza görə borcu yoxdur - Ərdoğan
Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb
Çexiya XİN ölkə siyasətçilərinin Pekin Olimpiadasını boykot edəcəklərini bildirib
PwC 2022-ci ildə qlobal iqtisadi artımı 4,5% proqnozlaşdırır
ABŞ Əfqanıstan səfirliyini bağlayaraq, diplomatları toxunulmazlıqdan məhrum etmək niyyətindədir
Futzal üzrə Azərbaycan millisi 7 qat Avropa çempionu İspaniya yığması ilə heç-heçə edib
Kosmosda müəmmalı enerji mənbəyi aşkar edilib
İsrail-Türkiyə münasibətlərində yeni dövr başlaya bilər
Cənubi Afrika Respublikasında potensial təhlükəli yeni koronavirus aşkar edilib
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanat verib
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb
Rusiya və Ukrayna liderlərini Türkiyədə bir araya gətirib sülhün yenidən qurulmasına yol aça bilərik - Ərdoğan
Azərbaycan-Pakistan investisiya qoyuluşu imkanları barədə fikir mübadiləsi aparılıb (FOTO)
Brent markalı neftin qiyməti son 7 ilin maksimum göstəricisinə çatıb
Mingəçevir Dövlət Universiteti Aqrar Elm və İnnovasiya Mərkəzi əməkdaşlıq edəcək (FOTO)
Videogörüntüdəki müəllimə niyə töhmət verilib? - Açıqlama
Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
ABŞ-ın yeni səfiri etimadnaməsini Türkiyə prezidentinə təqdim edib
DİN məktəblərdə "patı" satışı ilə bağlı iddialara cavab verib
ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinə yazılı cavab verib
Əmək pensiyaları avtomatik qaydada necə hesablanır?
Qoca qitədə yeni ordu - NATO-ya alternativ, yoxsa dəstək?
Parklanma qaydalarının pozulmasına görə cərimələrin artması effektiv nəticə verə bilər - Ekspert
Astaraçay üzərindəki avtomobil körpüsü “Şimal-Cənub” dəhlizinin inkişafında böyük nailiyyətdir
1-ci Qarabağ müharibəsindən bəri 3 890-a yaxın Azərbaycan vətəndaşı itkin sayılır
Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı! (FOTO)
Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək iclasına dəvət edilib
Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib
Gömrük Akademiyasının əməkdaşlarına ISO standartları üzrə növbəti sertifikatlar təqdim olunub (FOTO)
“Smart sərhəd buraxılış məntəqəsi” həllərinin hazırlanması nəzərdə tutulub - Səfər Mehdiyev
Daha iki ölkə vətəndaşlarının təyyarə ilə Azərbaycana gəlməsinə icazə verildi
Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər (FOTO)
Unibankın aktivləri 1 milyardı keçdi
“Media haqqında” yeni qanun layihəsi müasir tendensiyalara cavab verir - Əhməd İsmayılov
Azərbaycanda ötən il baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb
Azərbaycan Türkiyəyə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq
AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladı
Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq
Yanvarın 27-nə USD/AZN rəsmi məzənnəsi
AZAL-ın Bakı-İstanbul üzrə təxirə salınan reyslərinin sərnişinləri yola salınıb
Təhsil krediti üçün 5 mindən artıq tələbə müraciət edib
Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib!
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib (FOTO)
Sosial proqramların uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır - Vüqar Rəhimzadə
Jurnalistlər üçün təşkil edilmiş 3 günlük təlimlər başa çatıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini keçdi
Rixard Zorgenin qalıqları Rusiyada dəfn oluna bilər
Azərbaycanlı müxalifətçi Böyük Britaniyada cinsi təcavüzə görə həbs olunub
Gənc istedadlarımız Azərbaycan mədəni irsinin süni intellektlə vəhdətini dünyaya təqdim edəcək (VİDEO)
Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Qanunsuz fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb
Çində 88 milyon ton neft ehtiyatı aşkarlanıb
Bərdədə yas mərasiminin qarşısı alınıb
Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist
Dövlət Gömrük Komitəsi illik büdcə proqnozuna 111,4% əməl edib (FOTO)
Yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir - Təyyar Eyvazov
Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İqlim dəyişmələri planet üzərində addımlayır- Umayra Tağıyeva
“Omikron” ştammına yoluxmasından şübhələnənlər nə etməlidir?
"Omikron" viruslu şəxslə yaxın təmasda olanların əksəriyyəti yoluxur - İnfeksionist
“Facebook”da Baş Prokurorluğun adından saxta hesablar açılıb
"Omikron" ştammının inkubasion dövrü daha qısadır - Təyyar Eyvazov
Səhiyyə qurumları vətəndaşlara növbəti dəfə çağırış edib
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
İlin ən böyük inşaat xəbəri (FOTO)
Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır (FOTO)
Bu şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
İran Prezidenti Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
“Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub
Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Bütün xəbərlər