...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaş qəbulları keçirib (FOTO)

İqtisadiyyat Materials 20 Dekabr 2019 18:04 (UTC +04:00)
Ramin Quluzadə Ucarda, nazirin birinci müavini Əli Abdullayev Göyçayda vətəndaşlarla görüşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaş qəbulları keçirib (FOTO)

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin dekabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Ucarda, nazirin birinci müavini Əli Abdullayev Göyçayda vətəndaşlarla görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ucar və Kürdəmir, nazirin birinci müavini isə Göyçay sakinlərini qəbul edib.

Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərləri araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti