...

Daha bir magistral su xəttində qəza baş verib

İqtisadiyyat Materials 23 Dekabr 2019 22:28 (UTC +04:00)
Daha bir magistral su xəttində qəza baş verib
Daha bir magistral su xəttində qəza baş verib

Bakı. Samir Əli - Trend:

Daha bir magistral su xəttində qəza baş verib.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

"Azərsu" ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti