...

Alper Can Bulcum “JW Marriott Absheron Baku” hotelinə baş menecer təyin edilib

İqtisadiyyat Materials 10 Yanvar 2020 15:35 (UTC +04:00)
Alper Can Bulcum dekabr ayının 23-ü, 2019-cu il tarixindən etibarən “JW Marriott Absheron Baku” hotelində Baş Menecer vəzifəsində işə başlayıb.
Alper Can Bulcum “JW Marriott Absheron Baku” hotelinə baş menecer təyin edilib

Bakı. Trend:

Alper “Marriott International”a “San Clemente Palace Kempinski Venice”dən yenidən qoşulur və özüylə 30 ildən artıq mehmanxana təcrübəsi gətirir.

Hoteldən Trend-ə verilən məlumata görə, o, karyerasını “The Regent Almaty”, “Park Hyatt & Hyatt Regency Baku”, “The Ritz-Carlton, Istanbul” və “The Ritz-Carlton, Bahrain”-də Satış və Marketinq və Gəlirlərin İdarə Edilməsi şöbələrində işləyərək inkişaf etdirmişdir. 2004-cü ildə “Madinat Jumeirah Dubai”-da açılış heyətinin Gəlirlərin İdarə Edilməsi Direktoru qismində üzvü olmuşdur. 2005-ci ildə “InterContinental Almaty”da özünün ilk Baş Menecer vəzifəsinə, ardıcıl olaraq da “The Marmara Istanbul” və “Burjuman Arjaan Dubai by Rotana”-da Baş Menecer vəzifələrinə təyin olunmuşdur.

Alper, “Grand Istanbul Kalamis Marina”da Baş Menecer kimi dekabr ayı, 2011-ci il tarixində “Wyndham Hotel Group”-a qoşuldu və iki il sonra “Ramada Plaza Jumeirah Beach Dubai” və “Ramada Sharjah”-da Klaster Baş Menecer vəzifəsinə təyin olundu. Onun əla işi nəticəsində otel “İlin Oteli 2013” mükafatına layiq görüldü, 2014-cü ildə isə Alper Avropa, Yaxın Şərq, Afrika, Hindistan regionu üzrə ilin Baş Meneceri mükafatına layiq görüldü. 2017-ci ildə “The St. Regis Istanbul”-da Baş Menecer vəzifəsinə təyin olundu. Onun rəhbərliyi altında otel “Hotel of the year Luxury Brands Europe” mükafatına yiyələndi.

Uğurlu karyerası ərzində, Alper səmərəli rəhbərlik və insanları idarəetmə bacarıqları ilə bərabər İtaliya, Türkiyə, Birləmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Bəhreyn və Azərbaycanda çoxmillətli heyətləri idarəetmədə güclü təcrübə nümayiş etdirmişdir.

“JW Marriott Absheron Baku” Haqqında

“JW Marriott Absheron Baku” xüsusi “JW Marriott” lüks standartlarından həzz alaraq həqiqi Azərbaycan qonaqpərvərliyi təcrübəsi axtaranlar üçün ideal bir məkandır. Otel İçərişəhərdən gəzinti məsafəsində və hava limanından 30 dəqiqəlik yol məsafəsində yerləşir. Nəfis zəriflikdən lütfkar rahatlığa, “JW Marriott Absheron Baku” Xəzər Dənizi mənzərəsi olan 237 son dərəcə gözəl qonaq otaqları və lüks otaqları təklif edir. “Absheron Spa & Fitness”-in misilsiz dam quruluşu ilə möhtəşəm mənzərəsindən feyzyab olun. “JW Marriott Absheron Baku” həqiqi xoş təcrübə qazanmaq üçün beş restorana malikdir. Hər yemək vaxtı üçün açıq olan rəngarəng Aralıq Dənizi mətbəxlərindən ilhamlanan enerjili “ZEST Lifestyle Café”; alovlu “Fireworks Urban Kitchen” mükəmməl hazırlanmış xidmət; klassik və müasir italyan yeməkləri təqdim edən incə və mürəkkəb “OroNero Bar & Ristorante”; rahatlandırıcı “The Tea Lounge” geniş çeşidli yerli, beynəlxalq və xüsusi çaylar, əla növ qənnadı məmulatlar, şokoladlar və unikal kokteyllər ilə; gözqamaşdırıcı “Razzmatazz Cocktail Bar & Lounge” – DJ və ən böyük içki seçimi ilə ekzotik, populyar bar. Xüsusi olaraq Bakıda ən geniş zallardan biri 1207 kv2 olan Şərq Zalını qeyd edək. Bir ömür boyu lüks istirahət sizi “JW Marriott Absheron Baku Hotel”-da gözləyir. jwmarriottbaku.com, Instagram və Facebook onlayn səhifələrimizə daxil olun.

“JW Marriott” Haqqında

“JW Marriott” gözəl məkanları və dünyada fərqli kurort yerləri olan “Marriott International”-ın lüks brendlər portfoliosunun bir hissəsidir. Təsir bağışlayan çoxsaylı mükafat sahibi otellər brendin fəlsəfəsi əsl lüksü, işlərinə həvəsli olan insanlar tərəfindən yaradılan “The JW Treatment™”-i axtaran təcrübəli, tədbirli səyahətçilərə xidmət göstərir. Bu təcrübələr qonaqlara tam istirahət etmək, əlaqələrə tövhə vermək və ruhu qidalandırmağa imkan yaradır. Agahlıq prinsiplərindən ilhamlanan “JW Marriott” qonaqlara bütöv hissələrə – zehni mövcudluq, bədən qidası və canlanmış ruh - fokuslanmağa imkan yaradan proqram və təkliflərlə bir araya gəlməyi təşviq edib, hər an niyyət və təcrübə ilə tam hərəkət etmək üçün dizaynlanmış bir cənnətdi. Hal-hazırda dünyanın 25-dən çox ölkə və ərazisində 80-dən çox “JW Marriott” oteli var. Instagram və Facebook-da “JW Marriott”-a onlayn daxil olun. “JW Marriott” “Marriot”-un “Marriott Rewards®”, “The Ritz-Carlton Rewards®” və “Starwood Preferred Guest® (SPG)”-i əvəz edən yeni səyahət proqramı olan “Marriott Bonvoy™”-da iştirak etməkdən qürur duyur. Bu proqram üzvlərinə qeyri-adi qlobal brendlər portfoliosunu, “Marriott Bonvoy Moments”-da təcrübələr və Elit status tanınmasına doğru oteldə pulsuz qalma xalları toplanmaq da daxil olmaqla misilsiz faydalar təklif edir. Pulsuz qeydiyyatdan keçmək və ya proqram haqqında daha çox məlumat almaq üçün, MarriottBonvoy.marriott.com saytına daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti