...

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 12-ci Berlin Konfransına qatılıb (FOTO)

İqtisadiyyat Materials 18 Yanvar 2020 17:43 (UTC +04:00)
Yekun bəyannamədə ticarətlə bağlı 4 mühüm qlobal problemin kollektiv şəkildə həllinə kömək göstərmək barədə çağırışlar öz əksini tapacaq
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 12-ci Berlin Konfransına qatılıb (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirlərinin 12-ci Berlin Konfransı öz işinə başlayıb. Sayca 12-ci olan bu mötəbər tədbir Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biridir. Kənd Təsərrüfatı nazirlərinin görüş platforması sayılan konfrans mühüm beynəlxalq tədbirlərdən sayılır. Kənd Təsərrüfatı Nazirlərinin Berlin Konfransına bu il 72 ölkədən nümayəndə qatılır.

Trendin məlumatına əsasən, Azərbaycanı beynəlxalq tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov təmsil edir. Konfrans Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumunun “Hamı üçün ərzaq: Təhlükəsiz, müxtəlif çeşidli, dayanıqlı ərzaq üçün ticarət et” şüarı altında keçirilir.

Konfransın yekun bəyannaməsində ticarətlə bağlı 4 mühüm qlobal problemin kollektiv şəkildə həllinə kömək göstərmək barədə çağırışlar öz əksini tapacaq. Bu çağırışlar qlobal ərzaq təhlükəsizliyi üçün ticarət aparmaq, ticarəti kənd təsərrüfatının inkişafına yönəltmək, əhatəli, davamlı, təhlükəsiz dəyər zəncirləri yaratmaq, kənd təsərrüfatı məhsullarının ticarətində ədalətli qaydaları təmin etməkdən ibarətdir.

Yekun bəyannamədə əks olunmuş Kənd Təsərrüfatı nazirlərinin ortaq mövqeyi aqrar siyasətə dair beynəlxalq diskussiyalar nəticəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti