...

Bakı Limanı sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elan edir

İqtisadiyyat Materials 23 Yanvar 2020 12:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elan edir.
Bakı Limanı sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elan edir

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elan edir.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 12 fevral 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 24 fevral 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 27 fevral 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Satınalma Komissiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti