...

Nazirlik: “Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir

İqtisadiyyat Materials 18 Fevral 2020 12:12 (UTC +04:00)
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb.
Nazirlik: “Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir

Bakı. Samir Əli - Trend:

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. “Aqrolizinq”də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: “Aqrolizinq ASC 2019-cu ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti