...

Nazir: OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq

İqtisadiyyat Materials 5 Mart 2020 14:26 (UTC +04:00)
OPEC-in üzv ölkələri dünyada yayılmış koronavirus fonunda neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq.
Nazir: OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq

Bakı. Trend:

OPEC-in üzv ölkələri dünyada yayılmış koronavirus fonunda neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq.

Trend-in məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Süheyl əl-Mazrui deyib.

O, əmin olduğunu bildirib ki, günün sonunadək nazirlər ümumi qərar edə biləcəklər.

Nazir əlavə edib ki, OPEK+ nazirlər komitəsinin bütün üzvləri hasilatın azaldılması sazişi üzrə tövsiyələrlə bağlı razılığa gəlib.

Qeyd edək ki, martın 5-6-da Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti