...

Azərbaycanda ÜDM istehsalı artıb

İqtisadiyyat Materials 16 Mart 2020 13:10 (UTC +04:00)
2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578,0 milyon manat təşkil edib.
Azərbaycanda ÜDM istehsalı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578,0 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

ÜDM istehsalının 43,6 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti